İran prezidentinin köməkçisi Kazım Kiapaşa həbs edildi
21 May 2011 Şənbə 01:39
Kazım Kiapaşa Mahmud Əhmədinejatın yaxın adamı hesab olunur.
İran prezidenti Mahmud Əhmədinejatın köməkçisi həbs edilib. “İnterfaks” agentliyinin İran KİV-inə istinadən verdiyi məlumata görə, həbs edilən Kazım Kiapaşa İran administrasiyasında əsas vəzifələrdən birini tutub. O, kadr məsələləri işə məşğul olub və prezidentin bütün köməkçilərinin fəaliyyətini yoxlayıb. Kazım Kiapaşa İranın Prezident Administrasiyasının rəhbəri, Mahmud Əhmədinejatın prezident kürsüsündəki varisi sayılan İsfəndiyar Rəhim Maşainin silahdaşıdır.

Prezident Mahmud Əhmədinexat və ayətulah Əli Xameneyi arasında hakimiyyət uğrunda gərgin mübarizənin getdiyi İranda belə həbslər adi hala çevrilib. İndiyədək prezidentə və İsfəndiyar Rəhim Maşaiyə yaxınlığı ilə tanınan azı 25 nəfər həbs edilib.

Qərb KİV-i prezidentlə ayətullah arasındakı qarşıdurmanı ötən həftə eyni vaxtda üç nazirin, o cümlədən, neft idarəsi rəhbərinin işdən çıxarılması ilə əlaqəndirir. Prezidentə loyal nazirlərin işdən çıxarılmasının məhz Əli Xameneyinin işi olduğu ehtimal edilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar