İran prezidentinə qarşı sui-qəsd olub
04 Avqust 2010 Çərşənbə 14:35
İran prezidentinə qarşı sui-qəsd olub. Mahmud Əhmədinejadın kortejinə qumbara atılıb.
Bu gün İran prezidenti Mahmud Əhmədinejada qarşı sui-qəsd olub. "Əl Ərəbiyyə" telekanalının yaydığı məlumata görə, prezidentin kortejinə əl qumbarası atılıb.

Məlumata görə, artıq qumbaranı atan şəxs saxlanılıb. İlkin məlumatlara görə, əldəqayırma qumbaranın partlaması nəticəsində bir necə nəfər yaralanıb, dövlət başçısı isə heç bir xəsarət almayıb.

Bəzi ərəb və yerli kanalların məlumatına görə, sui-qəsd Həmadan şəhərində olub. Hadisədən sonra Əhmədinejad canlı yayımda çıxış etsə də, qəsd barədə heç bir şey deməyib.

Qeyd edək ki, 2005-ci ildə Sistan- Belucistan əyalətində də prezident kortejinə basqın olmuşdu. O, zaman qəsd nəticəsində Əhmədinejadın mühafizəçilərindən biri həlak olmuşdu. O zaman hakimiyyət mənbələri bu məlumatı təsdiqləməmişdi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar