İran prezidentinə Amerika vizası veriləcək
29 Aprel 2010 Cümə Axşamı 01:15
Filip Krouli: “Bizim ərazisində BMT-nin mənzil-qərargahının yerləşdiyi bir ölkə kimi öhdəliklərimiz var”.
ABŞ Dövlət Departamenti İran prezidenti Mahmud Əhmədinejata Amerika vizasının verilməsinə mane olmayacaq. Bunu ABŞ xarici siyasət idarəsinin rəsmi nümayəndəsi Filip Krouli deyib.

İran prezidenti Mahmud Əhmədinejat nüvə silahlarının yayılmaması ilə bağlı müqaviləsinin yerinə yetirilməsi ilə bağlı BMT-nin Nyu-Yorkda keçiriləcək konfransında iştirak etmək üçün ABŞ-dan viza istəyib.

Filip Kroulinin sözlərinə görə, İran prezidenti üçün sənədləşmə ilə bağlı problem yaradılmayacaq: “Bizim ərazisində BMT-nin mənzil-qərargahının yerləşdiyi bir ölkə kimi öhdəliklərimiz var. Rəsmi işlərlə bağlı ABŞ-a səfər etməyə hazırlaşan istənilən xarici ölkə vətəndaşı adətən viza alır”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar