İran prezidenti tərcüməçi səhvi ilə üzləşdi
27 Sentyabr 2013 Cümə 10:05
Həsən Ruhaninin müsahibəsinin düzgün tərcümə edilmədiyi iddia edilir.
İran prezidenti Həsən Ruhani tərcüməçi səhvi ilə qarşılaşıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, dövlət başçısının CNN kanalına açıqlamasında soyqırım haqqında dedikləri təhrif edilib. İranın "Fars" agentliyi prezidentin çıxışının yanlış tərcümə edildiyini və müsahibəsində "Holokost" ifadəsinin işlənmədiyini deyib.

CNN-nin internet səhifəsində yer alan açıqlamada guya H.Ruhani "bəli, yəhudi soyqırımı olub" deyib. İran mətbuatı isə prezidentin belə söz demədiyini, bu ifadənin sonradan əlavə edildiyini bildirib.

FARS-ın məlumatına görə, Ruhani "Daha öncədə demişdim, mən tarixçi deyiləm. Tarixi hadisələri araşdırmaq tarixçilərin işidir. Amma biz hər zaman insanlığa qarşı olan cinayətləri qınamışıq, buna faşistlər tərəfindən yəhudi və yəhudi olmayanlara qarşı törədilən cinayətlər də daxildir. Eyni şəkildə bu gün hər hansı bir xalqa,dinə və ya inanca qarşı cinayət işlənilirsə bu cinayəti,soyqırımı da qınayırıq" deyib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar