İran prezidenti növbəti “şok” iddia ilə çıxış edib
20 May 2011 Cümə 05:31
Əhmədinejad Avropa ölkələrinin İran da daxil olmaqla bir çox ölkədə quraqlıq yaratmaq istədiyini deyib
İran prezidenti Mahmud Əhmədinejad Avropa ölkələrinin İran da daxil olmaqla bir çox ölkədə məqsədli olaraq quraqlıq yaratmaq istədiyini deyib. İranın Mərkəzi əyalətində su anbarının açılışnda çıxış edən Əhmədinejad keçən il İrana doğru hərəkət edən buludların Avropa tərəfindən saxlanıldığını iddia edib: “Avropa bol yağmurlu bir ərazi olmasına baxmayaraq avropalılar keçən il xüsusi bir texnologiya ilə yağışlı buldları boşaldaraq İranın da olduğu region ölkələrinə çatmasına mane olublar. Buludlar qərbdən şərqə doğru hərəkət etdiyi üçün nəticədə İrana da yağış yağmamışdı”.

Əhmədinejad qərbli bir siyasətçinin Türkiyə və İranddan başlayaraq Şərqi Asiyaya qədər uzanan ərazilərdə qarşıdakı 30 ildə quraqlıq olacağı barədə məqalə yazdığını xatırladaraq həmin siyasətçinin su mütəxəssisi olmadığını deyib: “Adam su mütəxəssisi deyil. Bu da həmin məqalənin elmi araşdırma olmadığını, əvvəldən planlaşdırılmış kəhanət olduğunu göstərir”.

Avropalıların bu yolla region ölkələrində vətəndaş müharibəsi yaratmaq istədiyini deyən İran prezidenti bu məsələni qanuni yollarla araşdıracaqlarını deyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar