İran prezidenti: “ABŞ qlobal diktatorluq etmək istəyir”
08 İyul 2010 Cümə Axşamı 11:05
Bakı-APA. “ABŞ dünyadakı bütün problemləri öz nəzarəti altına almağa çalışır. Bu, bir qlobal diktatorluqdur”.
APA-nın məlumatına görə, bu bəyanatla İran prezidenti Mahmud Əhmədinejad çıxış edib. O, ABŞ-ın özünü lider elan etdiyini vurğulayıb: “Hamı bilir ki, özünü lider elan etmək bir diktatorluqdur. Amma demək istəyirəm ki, artıq dünyada diktatorluq illəri arxada qalıb”. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar