İran prezident seçkisinə hazırdır
11 İyun 2009 Cümə Axşamı 14:35
Sabahkı seckidə əsas mübarizənin Mahmud Əhmədinejat və Mir Hüseyn Musəvi arasında gedəcəyi gözlənilir

İranda sabah keçiriləcək 10-cu prezident seçkisi üçün bütün hazırlıqlar artıq tamamlanıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, seçkidə təhlükəsizliyin təmin edilməsinə 200 min polis cəlb ediləcək. 46,2 milyon seçicinin olduğu İranda seçki məntəqələri saat 08:00-dan 18:00-a kimi fəaliyyət göstərəcək.
Xaricdə yaşayan iranlılar isə 130 ölkədə yaradılacaq seçki məntəqələrində səs verə biləcəklər. Seçkinin ilkin nəticələrinin 24 saatdan sonra məlum olacağı gözlənilir.
Seçki öncəsi aparılan sorğulara görə, əsas mübarizə İranın hazırkı prezidenti Mahmud Əhmədinejat və islahatçı Mir Hüseyn Musəvi arasında gedəcək.
Digər iki namizəd Mehdi Kerrubi və Muhsin Rzainin şansları o qədərdə yüksək qiymətləndirilmir. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar