İran polisi nümayişlərə müdaxilə edəcək
20 İyun 2009 Şənbə 14:20
İranda prezidentliyə namizəd Mehdi Kərrubi də seçkinin yenidən keçirilməsi tələbilə Konstitusiya Nəzarət Şurasına müraciət edib

 

Prezident seçkisindən sonra İranda gərginləşən vəziyyət davam edir. İranın ali dini lideri Xomneyinin cümə xütbəsindən sonra nəzərlər bir daha Tehran küçələrinə cəmlənib. Müxalifət nümayişləri bu gün davam etdirəcəyini açıqlayandan sonra, İran polisi nümayişçilərə qarşı sərt tədbirlər görüləcəyini bəyan edib.
"CNN Türk"ün məlumatına görə, prezident seçkisində namizəd olan Mehdi Kərrubi də nəticələrin ləğv edilməsini istəyib. O, Konstitusiya Nəzarət Şurasına göndərdiyi məktubunda seçkinin yenidən keçirilməsini tələb edib.
Şuranın bu gün keçirəcəyi toplantıya Mir Hüseyn Musəvi, Mehdi Kərrubi və Muhsin Rızainin qatılması da planlaşdırılır.

İran polisi isə bildirb ki, icazəsiz keçirilən nümayişlərə müdaxilə ediləcək.

ANSPRESS

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar