Ölkə qanunlarını “qiyam qaldırmaq və insanlar arasında şübhələr yaratmaq” istəyən insanlardan sərt şəkildə müdafiə edəcəyik. ANS PRESS-in “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə İran polisinin rəhbəri İsmail Əhmədi-Moqəddəm bildirib.
"Prezident seçkilərində öz məqsədlərinə nail ola bilməyən bəzi insanlar müxtəlif üsullarla əhali arasında şübhələr oyadır və sonra bu şübhələri üsyanlara çevirir", -deyə o əlavə edib.
İsmail Əhmədi-Moqəddəm bildirib ki, təhlükəsizlik və qayda-qanunun təmin edilməsi polisin vəzifə borclarından biridir. "Bu üzdən narahatlığa gətirib çıxara biləcək bütün qeyri-leqal toplantılar sərt şəkildə yatırılacaq", -deyə o vurğulayıb. /ANS PRESS/