İran polisi e-mail və sms-ləri nəzarətə götürüb
15 Yanvar 2010 Cümə 14:55
Bundan sonra İran daxilində bütün sms və e-mail polisin nəzarəti altında olacaq.
APA-nın İLNA-ya istinadən verdiyi məlumata görə, İranın polis rəisi İsmail Əhmədi Müqəddəm bildirib ki, terrorçuların bütün hərəkətlərini nəzarətdə saxlayıblar, onların əməliyyat keçirəcəklərindən də xəbərləri olub: “Lakin düşünürdük ki, onlar hansısa obyektə və ya idarəyə hücum edəcəklər. Biz bir elm adamının terrora məruz qalacağını təsəvvür etmirdik”.
O, İran polisinin bundan sonra daha sərt tədbirlər görəcəyini sözlərinə əlavə edib: “Hamı e-mail və sms-ləri nəzarətdə saxlamağmızı bilsin. Qeyri-qanuni toplantılar təşkil edənlərə də xəbərdarlıq edirik ki, polis bundan sonra onlarla yumşaq rəftar etməyəcək”. APA
DOSTLARINLA PAYLAŞ: