İran polisi Barbi kuklalarının satışını qadağan etdi
17 Yanvar 2012 Çərşənbə Axşamı 11:07
Səbəb kimi isə kuklaların zərərli Qərb mədəniyyətini yaydığı əsas gətirilib.
İranda əxlaq polisi ölkədə Barbi kuklalarının satışını qadağan edib. ANS PRESS Reuters-ə istinadən xəbər verir ki, səbəb kimi isə kuklaların zərərli Qərb mədəniyyətini yaydığı əsas gətirilib.
"Təxminən 3 həftə bundan əvvəl polis çağazaya gələrək piştaxtalardan Barbu kuklalarını yığışdırmağı tələb etdi", deyə Tehranın şimalındakı oyuncaq mağazalarından birinin satıcısı bildirib.
Barbi kuklalarının İslam mədəniyyətinə zidd olduğu İranda ilk dəfə 1996-cı ildə elan edilib, amma indiyədək bu kukalaları mağazalardan almaq olurdu.
DOSTLARINLA PAYLAŞ: