İran parlamentinin yeni spikeri Əli Laricani oldu
25 May 2011 Çərşənbə 13:07
Əli Laricani yenidən vəzifəsinə seçilib.
İranın parlament spikeri Əli Laricani yenidən vəzifəsinə seçilib. İran Milli Məclisinin 244 deputatından 212-si Laricaninin namizədliyini dəstəkləyib.
Qeyd edək ki, parlamentdəki spiker vəzifəsinə qədər Əli Laricani İran İslam Respublikasının Milli Təhlükəsizlik Ali Şurasının nümayəndəsi vəzifəsini icra edirdi.
İran kütləvi informasiya vasitələri yazır ki, İran parlamentinin birinci və ikinci vitse-spikeri vəzifəsinə isə uyğun olaraq Muhammed Reza Bahonar və Şahabəddin Sədrə seçilib.
Bundan başqa, Məclisin 6 katibi də müəyyənləşib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: