İran parlamenti xarici işlər nazirini təsdiq etdi - Əli Əkbər Salehi
30 Yanvar 2011 Bazar 14:15
Əli Əkbər Salehi İran və dünya ictimaiyyəti arasında qarşılıqlı ədalətə əsaslanan əlaqələri daha da inkişaf etdirəcəyinə söz verib.
İran parlamenti ölkə prezidenti Mahmud Əhmədinejad tərəfindən xarici işlər naziri vəzifəsinə namizədliyi irəli sürülən Əli əkbər Salehinin bu posta namizədliyini dəstəkləyib. Parlamentdə keçirilən etimad səsverməsi zamanı sessiyada iştirak edən 243 depudatdan 241-i öz səsindən istifadə edib. 146 deputat onun lehinə, 60 nəfər isə əleyhinə səs verib. 35 deputat isə bitərəf qalıb.
Etimad səsverməsindən qabaq çıxış edən Salehi, İran və dünya ictimaiyyəti arasında qarşılıqlı ədalətə əsaslanan əlaqələri daha da inkişaf etdirəcəyinə söz verib.

Qeyd edək ki, İran prezidenti Mahmud Əhmədinejad yanvarın 23-ündə məclisə ünvanladığı məktubda ötən il dekabrın 18-indən etibarən İranın xarici işlər naziri vəzifəsini müvəqqəti olaraq icra edən Əli Əkbər Salehini bu vəzifəyə əsas namizəd kimi göstərib.
İranın atom enerjisi agentliyinin rəhbəri Əli Əkbər Salehi, keçmiş xarici işlər naziri Mənüçöhr Mottaki vəzifəsindən uzaqlaşdırıldıqdan sonra onu bu postda əvəzləyib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar