İran paradında Abdullah Gül və Ərdoğan plakatları
12 Fevral 2011 Şənbə 05:30
İran İslam inqlabının 32-ci ildönümü ölkənin müxtəlif şəhər və əyalətlərində keçirilən bayram tədbirləri ilə qeyd edilib
İran İslam inqlabının 32-ci ildönümü ölkənin müxtəlif şəhər və əyalətlərində keçirilən bayram tədbirləri ilə qeyd edilib. Rəsmi dövlət telekanalı Tehranla birlikdə ölkənin 30 əyalətində milyonlarla ölkə sakininin tədbirlərdə iştirak etdiyini deyib. Prezident Mahmud Əhmədinejat Tehranın “Azadi” meydanında xalqa qarşı çıxış edib.

Qeyd edək ki, tədbir iştirakçıları əllərində İran bayrağı, ölkə rəhbərlərinin şəkilləri ilə yanaşı başqa ölkə liderlərinin də plakatlarını daşıyıblar. Belə ki, plakatlardan birində Türkiyə prezidenti Abdullah Gül, baş nazir R. Tayyib Ərdoğan, Venesuella prezidenti Uqo Çaves, Livan dini lideri Həsən Nəsrullah, Braziliya prezdenti Luis İnasiu Lula da Silvanın şəkilləri də nümayiş olunub. Eyni plakatın ətrafında isə müxtəlif ölkə liderlərinin karikaturaları yerləşdirilimişdi.

Tədbirdə bir çox yüksəkçinli siyasi, hərbi və dini nümayəndələr, habelə yerli və əcnəbi jurnalistlər də iştirak ediblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar