İran öz qazını “Nabucco”ya verməyə hazırdır
20 İyul 2009 Bazar Ertəsi 18:30
Əzizalla Ramezani: “Nabucco” üzrə sazişə qoşulan ölkələrin adı çəkilən qaz kəmərini təbii yanacaqla təmin etmək üçün kifayət qədər potensialı yoxdur

İranın Milli Qaz Şirkətinin rəhbəri Əzizalla Ramezani hesab edir ki, İranın “Nabucco” qaz kəmərinin doldurulmasına qoşulması "tamamilə mümkündür". ANS PRESS-in “Tetr.am”a istinadən verdiyi xəbərə görə, bu barədə o, bazar ertəsi “Fars” agentliyinə müsahibəsində bildirib.

“Nabucco” üzrə sazişə qoşulan ölkələrin adi çəkilən qaz kəmərini təbii yanacaqla doldurmaq üçün kifayət qədər potensiala malik olmadığını nəzərə alsaq, İranın bu layihəyə qoşulmasını tamamilə təsəvvür etmək mümkündür", - deyə o bildirib.

O həmçinin bu layihənin uzun müddətli mahiyyət daşıdığını və 2014-cü ilədək (Qaz kəmərinin tikintisinin bu müddətədək başa çatdırılması planlaşdırılır) İran bu istiqamətdə ildə 10 milyard kubmetrədək həcmdə qaz verə biləcəyini vurğulayıb. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar