İran öz neftinə alıcı axtarır
06 May 2014 Çərşənbə Axşamı 21:22
Tehranda beynəlxalq neft və qaz sərgisi start götürüb.
Sanksiyalara məruz qalmış enerji sektoruna xarici investorları cəlb etmək niyyətilə İran paytaxt Tehranda beynəlxalq neft və qaz sərgisi keçirir. İran neft nazirliyinin rəsmi internet səhifəsinə görə, 19-cu Beynəlxalq Neft və Qaz sərgisində 800-ə yaxın xarici və 1800 yerli şirkət iştirak edir.

ANS PRESS-in məlumatına görə, İran iqtisadiyyatı qalmaqallı nüvə proqramı ilə əlaqədar sanksiyalar altındadır. İran və Qərb dövlətləri ötən ilin noyabr ayında öz aralarında tarixi razılaşmaya gəlib, Tehran Qərbin sanksiyaları azaltması müqabilində 20 faizli uran zəngilləşdirməsini dayandırmağı öhdəsinə götürüb. Həmin razılaşma müvəqqəti xarakter daşısa da, tərəflər iyulun 20-ə kimi yekun saziş bağlamaq üçün danışıqlar aparır. Beynəlxalq enerji sərgisinin açılışında Nef və Qaz naziri Bijən Namdar-Zəngəne qərb sanksiyalarını pisləyərək, onun İranın düşmənləri tərəfindən tətbiq olunduğunu deyib.

“Allahın köməkliyi ilə və öz resurslarımız hesabına, bu zərərli sanksiyaların, düşmənlərimiz tərəfindən tətbiq olunmuş sanksiyaların şərindən qurtulacağıq. Millətimizi bu sanksiyalardan qurtarmalıyıq, sonda buna nail olacağımızı düşünürəm”.

Noyabr razılaşmasından sonra qərbdən olan rəsmilər və xarici şirkətlərin nümayəndələri İranda gələcək ticarət əlaqələri barədə danışıqlar aparır. Yekun razılaşmanın əldə olunmasına dair ümidlər böyükdür. Bu, baş verərsə, İran iqtisadiyyatına xarici kapital axını yol aça bilər.

Qeyd edək ki, İran dünya neft ehtiyatlarının 11 faizinə, qaz ehtiyatlarının isə 18 faizinə sahibdir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar