İran nüvə reaktoru yaratmaqda israrlıdır
25 İyul 2010 Bazar 12:40
İran nüvə reaktoru yaratmaqda israrlıdır. Layihənin həyata keçirilməsi üçün fond yaradılacaq.
Bu gün İran, Braziliya və Türkiyənin XİN rəhbərləri Mənüçöhr Mottki, Selso Amorium və əhməd Davudoğlu İstanbulda bir araya gələcəklər. Görüş zamanı İrana məxsus uranın Türkiyə ərazisində mübadiləsinə dair may ayında imzalanmış üçtərəfli razılaşmanı müzakirə edəcəklər. Bu haqda məlumatı İran xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Ramin Mehmanpərəsət verib.
İranın MAQATE-dəki nümayəndəsi Əli Əkbər Salehi isə bildirib ki, İran nüvə sintezi üçün reaktor yaratmaq niyyətindədir, lakin bunun üçün 10 il lazımdır.
Bu arada İran hökuməti eksperimental idarə olunan istilik nüvə sintezi reaktorunun yaradılması haqqında proqramın başlanması ilə bağlı məlumat yayıb. İranın nüvə sitezi araşdırmaları insitutunan rəhbəri Əsgər Sedikzade bildirib ki, nüvə reaktorunun yaradılması üçün ilkin olaraq iki il hazırlıq lazım olacaq. Reaktorun özü isə tam şəkildə 10 il ərzində düzəldilərək istifadəyə veriləcək. Əsgər Sedikzade layihədə 50-yə yaxın mütəxəssisin iştirak edəcəyini deyib. İranın Atom Enerjisi üzrə təşkilatının rəhbəri bildirib ki, yeni layihənin həyata keçirilməsi üçün fond yaradılacaq. Belə hesab edilir ki, layihənin ilkin mərhələsi üçün 8 milyon dollar maliyyə vəsaiti ayrılacaq.
“Biz artıq 20-30 ildir ki, bu lahiyyə üzərində işləyirik. Əvvəllər heç zaman bu məsələyə nbir o qədər də ciddi yanaşmasaq da, bu gün biz onun üzərində daha ciddi işləmək niyyətindəyik. Çünki nüvə sintezi bəşəriyyətin tükənməyən gələcək enerji təlabatını ödəyəcək. Bu layihəni başa çatdırmaq üçün ölkəmizin bütün imkanlarından istifadə etməliyik”,-deyə Əli Əkbər Salehi bildirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: