İran nüvə proqramını dayandıra bilər
12 Yanvar 2010 Çərşənbə Axşamı 01:15
Rəsmi Tehran bunu xoşməramlı addım adlandırır neytral ölkələrin xahişi ilə izah edir
İran xoş məram naminə nüvə proqramının inkişafını iki ay müddətinə dayandırmağa hazırdır. Bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ramin Mehmanpərəst deyib. Məlumatı İranda nəşr olunan ingilisdilli “Tehran Times” qəzeti yayıb.
Ramin Mehmanpərəst bildirib ki, bəzi bitərəf ölkələr İrana iki ay müddətinə uranın zənginləşdirilməsini dayındırmaq və Qərbə təklifləri cavablandırmaq üçün vaxt vermək xahişi ilə müraciət ediblər: “Biz dünya ictimaiyyətinə xoş məramımızı nümayiş etdirmək üçün bu xahişə müsbət yanaşırıq”. Bununla belə, XİN rəsmisi deyib ki, İranın Qərbə verdiyi möhlətin bir ayı başa çatıb: “Əgər qalan vaxt ərzində qarşı tərəf İranın təkliflərinə cavab versə, biz bir yerdə işləməyə başlayacağıq. Əks təqdirdə, müvafiq qərar qəbul edəcəyik”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: