İran nüvə proqramını davam etdirəcək
20 May 2010 Cümə Axşamı 12:40
Belə bir bəyanatla İranın xarici işlər naziri çıxış edib.
İran BMT-nin qadağalarına baxmayaraq, nüvə proqramını davam etdirəcək. Düşənbədə İslam Konfransı Təşkilatının xarici işlər nazirlərinin 37-ci toplantısında çıxış edən İranın xarici işlər naziri Manuçöhr Mottaki bu bəyanatla çıxış edib.

O deyib ki, İran BMT-nin qadağalarını ciddi qəbul etmir. Buşerdəki atom elektrik stansiyanın tikilməsinə gəlincə, İranın baş diplomatı Rusiya ilə əldə olunan razılıqlara əsasən bu stansiyanın inşa olunacağını bildirib.

“Biz ümid edirik ki, sonuncu addımlar İrana bu istiqamətdə yeni imkanlar verəcək. İrana nüvə yanacağı göndərilməsi məsələsi Vyana qrupu tərəfindən həll ediləcək”, - deyə Mottaki bildirib.

Xatırladaq ki, nüvə yanacağı mübadiləsi barədə razılıq mayın 17-də Braziliya prezidenti Luis İnasio Lula da Silva və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın birbaşa müdaxiləsindən sonra əldə edilib. Danışıqların nəticəsi olaraq İran 120 kq. nüvə yanacağının müqabilində Türkiyəyə 1,2 ton az zənginləşdirilmiş uranı göndərməyə razılıq verib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar