İran nüvə proqramı dayandıra bilər
12 Yanvar 2010 Çərşənbə Axşamı 22:45
Rəsmi Tehran iki aylıq fasiləni istisna etmir
"İran nüvə proqramının inkişafını iki ay müddətinə dayandıra bilər. Bu, İranın öz istəyi ilə neytral dövlətlərin təklifinə cavabı ola bilər". Bu sözləri İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi Ramin Mehmanparast deyib.

Diplomat eyni zamanda xatırladıb ki, İranın Qərbə verdiyi bir aylıq müddət artıq başa çatıb. “Əgər qarşı tərəf qalan bu müddət ərzində bizə cavab verərsə, biz birgə işləməyə başlayarıq. Əks təqdirdə, biz lazımi qərarlar qəbul edəcəyik”, - deyə Mehmanparast söyləyib.

Qeyd edək ki, yanvarın 16-da “Altılıq” dövlətləri Nyu-Yorkda İranın nüvə proqramını müzakirə edəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar