İran nüvə konfransı keçirmək niyyətindədir
06 Aprel 2010 Çərşənbə Axşamı 11:25
İki gün davam edəcək nüvə konfransi aprelin 17-də keçiriləcək.
Vaşinqtonda nüvə təhlükəsizliyinə dair beynəlxalq konfransın başa çatmasından 4 gün sonra İran da nüvə tərksilahına dair beynəlxalq konfransa ev sahibliyi edəcəyini bəyan edib.
Nüvə danışıqlarında İranın baş müzakirəçisi olan Səid Cəlili bildirib ki, nüvə enerjisindən dinc məqsədlərlə istifadə edilməsini təşviq etmək məqsədilə keçiriləcək danışıqlarda Çin də iştirak edəcək.
Qeyd edək ki, iki gün davam edəcək konfrans aprelin 17-də keçiriləcək. Çin prezidenti Hu Tsintao ABŞ-da keçiriləcək konfransda iştirak edəcək. Çin İranın mübahisəli nüvə proqramına görə ölkəyə qarşı yeni qadağaların tətbiq edilməsi səyləri əleyhinə çıxır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: