İran müxalifətinin liderinə hücum etdilər
22 Dekabr 2009 Çərşənbə Axşamı 01:25
Mir Hüseyn Musəvi Qumdan Tehrana qayıdarkən basqına məruz qalıb
İran müxalifətinin lideri, keçmiş baş nazir Mir Hüseyn Musəvi naməlum şəxslərin hücumuna məruz qalıb. Müxalifət nümayəndələrinin məlumatına görə, islahatçı liderin olduğu maşina Qum-Tehran yolunda motosiklli qəxslər hücum ediblər. Onlar bir neçə dəfə maşını dayandırıblar və yoluna davam etməsinə imkan verməyiblər.
Mir Hüseyn Musəvinin özü zərər çəkməyib. Lakin onun yol yoldaşı və basqınçılardan biri xəsarət alıb. Maşının arxa şüşəsi sındırılıb.
İran müxalifətinin lideri ayətulla Hüseyn Əli Müntəzirinin dəfn mərasimindənq qayıdırmış. Xatırladaq ki, İranın nüfuzlu din xadimlərindən olan Hüseyn Əli Müntəziri 88 yaşında dünyasını dəyişib. O son vaxtlar rəsmi Tehoanın siyasətini kəskin tənqid edirdi və hakimiyyət əleyhinə nümayişlərin fəallarından idi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: