İran müxalifəti sabah "sakit" günə hazırlaşır
11 İyun 2011 Şənbə 10:34
Ölkə müxalifətçiləri iyunun 12-nə növbəti mitinq təyin edib
İran müxalifəti yenidən mitinq keçirməyi planlaşdırır. İyunun 12-nə təyin edilən kütləvi nümayiş 2009-cu il 12 iyun prezident seçkisinin ikinci ildönümünə həsr edilib. ANS PRESS-in İran kütləvi informasiya vasitlərinə istinadən verdiyi xəbərə görə, İran inqilabçıları düşərgəsini təmsil edən gənclər əhaliyə müraciət edərək onları “sakit” mitinqdə aktiv şəkildə iştirak etməyə çağırıblar.

Xatırladaq ki, 2009-cu il iyunun 12-də İranda prezident seçkisi keçirilib. Seçkinin nəticələrinə əsasən, hazırda fəaliyyətdə olan dövlət başçısı Mahmud Əhmədinejad səs çoxluğu ilə prezident seçilib. Lakin seçkinin nəticələri ilə razılaşmayan müxalifət tərəfdarları kütləvi nümayişlərə start verib. Etirazlar zamanı onlarla insan həlak olub, mindən çoxu isə yaralanıb. Məhz bu hadisədən sonra İranda kütləvi həbslər geniş vüsət almağa başlayıb.






DOSTLARINLA PAYLAŞ:

oyunlar