İran mətbuatı Ketrin Eştonu geyindirdi
22 Yanvar 2011 Şənbə 19:40
Qəzetlər Avropa Birliyinin ali komissarının geyimini fotoşopla bağlayıblar.
İran mətbuatı İstanbulda keçirilən nüvə müzakirələrində qərbli heyətə rəhbərlik edən Ketrin Eştonun geyimini fotoşopla proqramı vasitəsi ilə bağlayıb. ANS PRESS-in Türkiyə kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, tərəflər arasında keçirilən görüşlərdən sonra mətbuat qarşısına çıxan Avropa Birliyinin xarici siyasət və təhlükəsiz siyasəti üzrə ali komissarı Ketrin Eştonun İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Səid Cəlili ilə birgə çəkdirdikləri şəkillər İrandakı qəzetlərdə müxtəlif şəkildə dəyişikliklərə uğrayıb.
Belə ki, İranın “Həmşəhri”, “Ferheng Aşti”, “İbtikar” və “Vatan-Emruz” (Vətən bu gün ) adlı qəzetləri Ketrin Eştonun geyiminin üst hissəsini tamamilə bağlayıblar, lakin “Cam’i Cem” və “Rahi-Mardom” kimi qəzetlər boşluğu tam örtməyiblər ,“İttilaat” və “İran” kimi qəzetlər isə Qərb təmsilçisinin şəklinə toxunmamağa üstünlük veriblər.
Qeyd edək ki, bu gün Tehranın nüvə proqramına dair BMT TŞ-nin daimi üzvləri və Almaniya (P5+1) ilə İran arasındakı yeni müzakirələrin ikinci günü keçirilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: