İran Livana silah satmağa hazırlaşır
25 Avqust 2010 Çərşənbə 19:15
Əhməd Vahidi: "Livan ordusunun ehtiyaclarını tamamilə qarşılamağa hazırıq".
İranın müdafiə naziri Əhməd Vahidi Livandan tələb gələcəyi təqdirdə, bu ölkənin ordusunun təchizatı ilə bağlı yardım edə biləcəklərini bildirib. “Livan bizə dost olan ölkələrdən biridir. Livan ordusunun ehtiyaclarını tamamilə qarşılamağa hazırıq”,-deyə Əhməd Vahidi bildirib.
İranın müdafiə naziri ölkəsində yaradılan müdafiə sənayesinin dünyanın 50-yə yaxın ölkəsinə silah ixrac etmək gücündə olduğunu bildirib.
Qeyd edək ki, bir müddət öncə Livan rəsmi dairələrində də ordunun silahla təchizatı üçün İrandan silah alınması ilə bağlı açıqlamalar verilmişdi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: