İran “Koker-1” pilotsuz təyyarəsini sınaqdan keçirib .
07 Noyabr 2012 Çərşənbə 17:06
İran yerli istehsal olan şaquli qalxan və enən pilotsuz təyyarəsini sınaqdan keçirib.
APA-nın İRİB-ə istinadən məlumatına görə, “Koker-1” adlanan təyyarə quruda və suda kəşfiyyat işləri aparmaq xüsusiyyətinə malikdir, eyni zamanda xilasetmə işlərinə də cəlb oluna bilər.

Çəkisi yüngül olan “Koker-1” ən müasir və yüksək texnologiya əsasında hazırlanır. 4 səssiz motora malik olan təyyarə çoxməqsədli radar, uzaq məsafədən optik sabitləşdirmə, həmçinin peyklə əlaqə sistemləri ilə təchiz olunub. 12 min metr hündürlüyə qalxa bilən təyyarə 170 kilometrlik ərazini də nəzarətə götürə bilir. Müxtəlif hava şəraitlərində uçuş həyata keçirə bilən “Koker-1” suda enmək xüsusiyyətinə də malikdir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar