İran “Kəpənək” pilotsuz təyyarələrinin istehsalına başladı
19 Mart 2012 Bazar Ertəsi 14:49
“Kəpənək” adlandırılan qurğu 3 rəqəmsal kamera ilə təchiz edilib.
İran konstruktorları kəşfiyyat məlumatları əldə etmək üçün yeni növ pilotsuz təyyarə yaratdıqlarını bəyan ediblər. ANS PRESS-in “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, “Kəpənək” adlandırılan pilotsuz təyyarələr əcnəbi mütəxəssisislərin iştirakı olmadan yaradılıb.
Pilotsuz təyyarələr hərbi bazadan 50 kilometr radius məsafədə fəaliyyət göstərmək qabiliyyətinə malikdir. Uçan aparat 5 min metr yüksəkliyə qalxmaq imkanına da sahibdir. “Kəpənək” pilotsuz təyyarəsi 3 rəqəmsal kamera ilə təchiz edilib və 3,5 saat fasiləsiz uça bilir.
Uçan qurğunun yaradıcıları “Kəpənək”in sərhədboyu ərazidə müşahidə aparmaq və 8 kiloqramadək yük götürmək qabiliyyətinə malik olduğunu bildiriblər.
DOSTLARINLA PAYLAŞ: