İran İsveç səfirini XİN-ə çağırıb
27 İyun 2009 Şənbə 15:00
İran XİN-i Stokholm səfirliyinə dünən edilən hücumun şiddətlə qınandığını isveçli səfirə çatdırıb

 

İran  İsveçin Tehrandakı səfirini Xarici İşlər Nazirliyinə çağıraraq bu ölkənin Stokholm səfirliyinə edilən hücumla bağlı narahatlığını bildirib. CNN Türk-ün məlumatına görə, Xarici İşlər Nazirliyi İranın Stokholmdakı səfirliyinə dünən edilən hücumun şiddətlə qınandığını isveçli səfirə çatdırıb.

İsveçin Tehrandakı səfiri də baş verənlərdən dərin kədər hiss etdiyini, hadisənin təkrarlanmaması üçün lazım olan tədbirlərin alınacağına təminat  verib. O, həm də  Tehran rəhbərliyinin qayğılarını İsveç mövqelərinə çatdıracağını bildirib.
Qeyd edək ki, İrandakı prezident seçkisinin nəticələrinə etiraz məqsədiylə bu ölkənin Stokholm səfirliyi qarşısında dünən edilən etirazda bəzi nümayişçilər elçilik binasına hücum ediblər. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar