İran İsraili hədələyib
05 Mart 2009 Cümə Axşamı 00:50
«İsrailin bütün nüvə obyektlərinə raket zərbəsi endirmək gücündəyik»

İran İsrailin bütün nüvə obyektlərinə raket zərbəsi endirmək gücündədir. Bunu İslam inqilabı keşikçiləri korpusununkomandanı Əli Cəfəri deyib. Onun sözlərinə görə, hazırda İranda 2000 kilometrlik məsafəni vura bilən raketlər var: «Sionist rejiminin (İsrailin) bütün ərazisi, o cümlədən, nüvə obyektləri bizim raketlərin zərbə zonasındadır».
Əli Cəfəri onu da deyib ki, İran İslam Respublikasının hərbi doktrinası müdafiə xarakteri daşıyır. Lakin o xəbərdarlıq edib ki, xarici hücum zamanı İran raket lər vasitəsilə rəqibin istənilən hədəfini dəf edə bilər: «İranın təhlükəsizliyi o qədər yüksək səviyyədədir ki ABŞ və İsrail ölkəmizə hücum etmək iqtidarında deyil». /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar