İran İsrail və ABŞ-ı hədələyir
22 Noyabr 2009 Bazar 14:10
İran İsrail və ABŞ-ı hədələyir. Ölkədə irimiqyaslı hərbi təlimlər başlayıb
Bu gün İran İslam Respublikasında irimiqyaslı hərbi təlimlərin keçirilməsinə start verilib. Təlimlərin keçirilməsinin əsas məqsədi nüvə obyetlərinin müdafiəsidir. "Modafin-i aseman-i-velayət-2" adlanan təlimlərdə İsrail ərazisinə və Fars körfəzində yerləşən Amerika hərbi bazalarına çatmaq qabiliyyətinə malik olan raketlər havaya buraxılacaq. Qeyd edək ki, "Modafin-i aseman-i-velayət-2" Fars dilindən tərcümədə hava və qurunun müdafiəçiləri deməkdir.

Raket əleyhinə müdafiə komandanlığının briqada komandanı Əhməd Mikaninin sözlərinə görə, 3 mərhələdən ibarət olan təlimlər 5 gün ərzində 600 min kv km ərazidə keçiriləcək. Birinci mərhələdə İranın raket əleyhinə müdafiə qurğularının döyüş hazırlığı nümayiş etdiriləcək. İkinci və ən əsas mərhələdə isə hava döyüşü təşkil ediləcək və havaya raketlər buraxılacaq. Üçüncü mərhələdə isə "Şihab" "Səcid" və "Kadar" uzaq mənzilli raketlərinin havaya buraxılması və İran ordusunun hücum əleyhinə döyüşə hazırlıq qabiliyyəti nümayiş etdiriləcək.
Ə.Mikanini təlimlərin fövqaladə xarakter daşımadığını desə də, ötən gün Tehranda keçirilən mətbuat konfransında ölkəsinin İsrail və Amerikanın hava hücumundan ehtiyat etdiyini söyləyib.

Xatırladaq ki, İran sonuncu dəfə hərbi təlimləri sentyarın sonunda keçirmişdi. O zamankı hərbi təlimlərdə yaxınmənzilli "Zilzib-3" və "Fəth110", həmçinin uzaqmənzilli "Kadar1" raketləri sınaqdan keçirilmişdi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar