İran, İraqda baş verən partlayışları şiddətlə qınadı
28 Oktyabr 2013 Bazar Ertəsi 11:18
İran XİN: Terrorçuların günahsız insanları hədəf alması utancverici haldır.
Rəsmi Tehran, İraqda bir neçə gündür baş verən partlayışları şiddətlə pisləyir.
ANS PRESS-in İran mətbuatına istinadən verdiyi xəbərə görə, bunu İran XİN-nin mətbuat sözçüsü Mərziyə Əfhəm deyib. Onun sözlərinə görə, rəsmi Tehran, baş verən partlayışlarda həlak olanların ailələrinin dərdinə şərik olduğunu deyib.
M.Əfhəm bildirib ki, terrorçuların günahsız insanları hədəfə götürməsi qəbuledilməzdir. Nazirlik sözçüsü vurğulayıb ki, İraqda baş verən terror hadisələrinin arxasında müəyyən dairələr dayanır və onlar terrorçulardan yetərincə istifadə edirlər.
DOSTLARINLA PAYLAŞ: