İran hakimiyyəti iyunun 12-də keçirilən prezident seçkiləri nəticələrinin qiymətləndirilməsinə dair Müstəqil Komissiyanın yaradılmasına razılıq verib. ANS PRESS-in "Əl-Cəzirə" telekanalına istinadən yaydığı məlumata görə, müxalifət liderlərinə 24 saat ərzində həmin komissiyaya öz namizədlərini göndərmək təklif olunub. Müvafiq təşəbbüsün İnqilab Keşikçiləri Şurası tərəfindən gəldiyi bildirilir.
Lakin prezidentliyə sabiq namizəd Mir-Hüseyn Musəvi bu təklifi rədd edib. “Reuters”in verdiyi xəbərə görə, Musəvi ölkədə keçirilən seçkilərin nəticələrinin ləğvinə təkid edir.
Xatırladaq ki, 2009-cu il 12 iyun tarixində İran İslam Respublikasında keçirilən prezident seçkilərində rəsmən Mahmud Əhmədinejad qələbə qazanıb. /ANS PRESS/