İran ilk atom bombasını hazırlamaq ərəfəsindədir
14 İyun 2009 Bazar 18:10
Bu barədə Beynəlxalq Atom Agentliyinin «konfidensial məruzəsində» bildirilir

 

İran hazırda bir atom bombası hazırlamaq üçün yetərli olan miqdarda uran toplayıb. Bu barədə Beynəlxalq Atom Agentliyinin "konfidensial məruzəsində" bildirilir.

Britaniyanın "BBC" teleradio şirkətinin jurnalistlərinin əlinə keçmiş məruzədə bildirilir ki, Natanzdakı nüvə kompleksində 1339 kiloqram zəif zənginləşdirilmiş uran toplanıb ki, bu da BMT Təhlükəsizlik Şurasının tələblərinə qarşı çıxmaq deməkdir.

Beynəlxalq Atom Agentliyi həm də bildirir ki, İran öz nüvə obyektlərində daha müfəssəl yoxlama aparmağa imkan vermir. Problemlə bağlı məlumat almaq barədə müraciətlərin qarşısını kəsir. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar