İran hərbi təlimlərə başlayir
26 Dekabr 2012 Çərşənbə 03:05
“Vəlayət-91” adlanan təlimlər zamanı yeni silah növləri sınaqdan keçiriləcək.
İran Sliahlı Qüvvələri cümə günü Hörmüz boğazı və Hind okeanının şimal hissəsində altı günlük hərbi təlimlərə başlayacaq. Musavat.com-un İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bunu İranın Hərbi Dəniz Qüvvələrinin koomandanı vitse-admiral Həbibulla Səyyari deyib. Onun sözlərinə görə, təlimlərin keçiriləcəyi ərazi 1 milyon kvadrat kilometr təşkil edəcək.
“Vəlayət-91” adlanan təlimlər zamanı yeni silah növləri sınaqdan keçiriləcək, eləcə də, yeni taktikaya nəzər salınacaq.
“Təbii ki, biz qonşu ölkələrin dəniz sərhədlərinə hörmətlə yanaşacaq, təlimləri beynəlxalq qanun və qaydalara uyğun keçirəcəyik”, - Səyyari bildirib.
Ötən gün isə Fars körfəzində İranın İslam İnqilabı Keşikçiləri Korpusunun təlimləri başlayıb. “Fəcr-91” adlanan təllimlər dörd gün davam edəcək.
DOSTLARINLA PAYLAŞ: