İran hərbi gəmiləri Aralıq dənizində
18 Fevral 2012 Şənbə 11:24
Gəmilərin Suriya sahillərinə yan aldığı bildirilir.
İran bayrağı altında üzən iki hərbi gəmi Süveyş kanalını keçərək Aralıq dənizinə çıxıb. ANS PRESS-in RİA “Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, hərbi gəmilərin Suriya sahillərinə doğru yan alacağı güman edilir.
Gəmilərin Süveyş kanalından keçməsinə Misir hökuməti icazə verib. Qeyd edək ki, rəsmi Dəməşqlə Tehran hələ ötən il hərbi-dəniz qüvvələrinin müştərək təlimini təşkil etmək barədə razılıq əldə etmişdilər.
Xatırladaq ki, ötən il İran hərbi gəmilərinin Süveyş kanalından keçməsi rəsmi Qahirə ilə Təl-Əviv arasında münasibətlərin kəskinləşməsinə gətirib çıxarmışdı.
DOSTLARINLA PAYLAŞ: