İran hamıdan küsüb
03 Dekabr 2009 Cümə Axşamı 22:55
İran hamıdan küsüb. Tehran MAQATE-nin qətnaməsini dəstəkləyən ölkələrlə münasibətlərini yenidən nəzərdən keçirir.
İran Atom üzrə Beynəlxalq Agentliyin (MAQATE) qətnaməsini dəstəkləyən ölkələrlə münasibətlərini yenidən nəzərdən keçirir. Bu barədə İran parlamentinin sədri Əli Laricani məlumat verib. O qeyd edib ki, bütün təzyiqlərə rəğmən İran xalqı heç vaxt dinc nüvə proqramından imtina etməyəcək.
"Hazırda ölkə parlamentinin Milli Təhlükəsizlik üzrə komissiyası İranla MAQATE arasındakı münasibətlərin səviyyəsinə dəyişikliklər edilməsi ilə bağlı məsələni müzakirə edir", - deyə Laricani vurğulayıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: