İran hakimiyyəti geriyə addım atdı
12 İyul 2010 Bazar Ertəsi 01:25
43 yaşlı qadının daşqalaq edilməsi təxirə salındı.
43 yaşlı İran sakini Sakinə Məhəmmədi Aştianiyə qarşı çıxarılmış hökmün icrası müvəqqəti dayandırılıb. Bu barədə məlumatı İRNA agentliyinə Qərbi Azərbaycan əyalətinin məhkəmə hakimiyyətinin nümayəndəsi Malik Əjdər Şərifi verib. Onun sözlərinə görə, humanizm nöqteyi-nəzərindən hökm hələlik icra olunmayacaq. Lakin qadının daşqalaq edilərək öldürülməsi ilə bağlı məhkəmənin hökmü hər an icra oluna bilər.

Sakinə Məhəmmədi Aştiani müasir İranda nadir hallarda tətbiq olunan cəzaya 2006-cı ildə məhkum edilib. Adətən, belə cəzalar ərinqə xəyanət edənlərə qarşı tətbiq edilir. Ötən həftə ABŞ və Böyük Brtinaiya insanarın daşqalaq edilərək öldürülməsi cəzasına qarşı çızıb. Bir sıra beynəlxalq hüquq müdafiəsi təşkilatları da rəsmi Tehranı Sakinə Məhəmmədi Aştianiyə qarşı çıxarılmış hökmün ləğv edilməsinə çağırıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar