Mahmud Əhmədinejadın prezident seçkilərindəki qələbəsinə keçirilən etiraz aksiyaları zamanı həbs olunan 140 müxalifətçi bu gün azadlığa buraxılıb. ANS PRESS-in “BBC”yə istinadən verdiyi xəbərə görə, onlar ölkənin ali dini lideri ayətulla Əli Xamneyinin tələbi ilə azad edilib.
Belə ki, ali dini lider “məhbusların hüquqlarının tapdalandığı” bir sıra həbsxana mərkəzlərinin bağlanması əmrini verib. /ANS PRESS/