İran güzəştə getmək niyyətində deyil
05 Dekabr 2010 Bazar 18:45
Səid Cəlili: "Qərb İrana qarşı təzyiq taktikasını seçib"
İran dekabrın 6-7-də İsveçrənin Cenevrə şəhərində keçiriləcək 5+1 formatlı danışıqlarda özünün nüvə texnologiyalarına malik olmaq hüququ ilə bağlı heç bir güzəştə getməyəcək. Bunu İranın Milli Təhlükəsizlik Şurasının katibi və İranın danışıqlardakı təmsilçisi Səid Cəlili bəyan edib. Onun sözlərinə görə, Qərb İrana qarşı təzyiq taktikasını seçib. "Bu, yanlış və perspektivsiz bir yanaşmadır, bunu danışıqlar prosesinin dayandırılmasından bəri keçən 15 ayın təcrübəsi sübut edir", - deyə o vurğulayıb.
Bununla yanaşı, Səid Cəlili danışıqların yenilənməsini də alqışlayıb və dialoqun bərpasının Qərblə münasibətlərin yaxşılaşdırılması və əməkdaşlıq üçün əsas rol oynayacağını bildirib.
Bu yaxınlarda isə İran pezidenti Mahmud Əhmədinejad Tehranda keçirdiyi mətbuat konfransında bəyan edib ki, İranın dinc məqsədli nüvə fəaliyyətini həyata keçirmək hüququ müzakirə obyekti deyil.
DOSTLARINLA PAYLAŞ: