Hazırda G8-ə sədrliyi həyata keçirən İtaliya Alyans nazirlərinin iyunun sonunda Əfqanıstan problemi üzrə keçiriləcək konfransında iştirak etmək üçün İrana rəsmi dəvət göndərib. Bu barədə xəbəri "Reuters"ə istinadən ANS PRESS yayıb.
"Bəli, İran konfransa dəvət olnub. Biz onların dəvəti qəbul edəcəklərini güman edirik", - deyə İtaliyanın Əfqanıstan üzrə xüsusi elçisi Sercio Merkuri bildirib.
Xatırladaq ki, konfrans 26-27 iyun tarixlərində keçiriləcək. Görüş Orta Asiya ölkələrinin Əfqanıstanda sabitliyin dəstəklənməsi prosesinə cəlb edilməsi üçün nəzərdə tutulub. /ANS PRESS/