İran hakimiyyəti bu gün Tehranda həbsdə saxlanılan Fransa səfirliyinin əməkdaşı Nazak Şafarı azad edib. ANS PRESS-in “İtar-tass”a istinadən verdiyi xəbərə görə, bu barədə Fransa prezidentinin dəftərxanasından bildiriblər.
Nazak Şafar Tehranda keçirilən nümayişlərin yaralı iştirakçılarını səfirliyin mədəniyyət xidmətində gizlətməkdə ittiham olunurdu.
Qeyd edək ki, hazırda Fransa tərəfi səfirliyin digər əməkdaşı olan Klotilda Reysin azad edilməsi istiqamətində səy göstərir. /ANS PRESS/