İran Fars körfəzində qaz tapdı
19 Oktyabr 2011 Çərşənbə 01:15
İran Fars körfəzində qaz tapdı. Altı qaz yatağının ümumi qaz ehtiyatı 25,7 trilyon kubmetrdir.
İranın “National Iranian Offshore Oil Company” dövlət neft şirkəti Fars körfəzindəki altı nəhəng qaz yataqlarının işlənməsi barədə planlarını açıqlayıb. Lavan, Rəsalət, Rəşadət, Salman, Kanqan və Xamun yataqlarının ümumi qaz ehtiyatı 25,7 trilyon kubmetrdir. Yataqlar tam gücü ilə işləməyə başladıqdan sonra gündə 10 milyard kubmetr qaz hasil ediləcək.
Yeni yataqlar İranın Qətərlə birlikdə sahib olduğu Cənubi Pars iri yatağının davamıdır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: