İran fahişəliyə qarşı mübarizəyə başlayıb
27 İyul 2012 Cümə 10:21
İran hökuməti ölkədə fahişəliyə qarşı mübarizəyə başladığını açıqlayıb.
 APA-nın məlumatına görə, həyata keçirilməsi nəzərdə tutulan planlar arasında ən əsas yerdə qadınların maarifləndirilməsi dayanır.

Tehran vilayətinin valisi Mürtəza Təməddun Daxili İşlər Nazirliyinin “küçə qadınları” üçün paytaxtın şimalında bir düşərgə salmaq niyyətində olduğunu açıqlayıb: “Bu düşərgə həbsxana deyil, onların öz problemlərini anlaya biləcəkləri və özlərini inkişaf etdirəcəkləri bir yer olacaq”.

Qeyd edək ki, İranda 1979-cu il islam inqilabından sonra paytaxt Tehranda yerləşən “Yeni qəsəbə” adlı fahişəxanalar küçəsi bağlanıb və nəticədə fahişələr şəhərin müxtəlif yerlərinə səpələnmək məcburiyyətində qalıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar