Dağlıq Qarabağ problemi fonunda regionda enerji təhlükəsizliyi məsələsi də artıq gündəmdəki əsas məsələlərdən birinə çevrilib. Regiondakı bütün enerji layihələrindən kənarda qalan Ermənistan indi ümidini İrana yönəldib. Son məlumatlara görə, artıq dünəndən başlayaraq İran Ermənistana təbii qaz ixracına başlayıb.
İranın Ermənistana qaz ixracının həcmi gündə 2 milyon kubmetr təşkil edir. Xatırladaq ki, 2004-cü ildə iki ölkə arasında imzalanan 20 illik müqaviləyə əsasən, qaz ixracının həcmi 2011-ci ildə gündə 4 milyon kubmetrə, sonrakı illərdə isə 6,3 milyon kubmetrə çatdırılacaq. Ermənistan İrandan aldığı qazı əsasən elektrik enerjisinin istehsalında istifadə edəcək və istehsal olunan enerjinin bir hissəsi idxal olunan qazın dəyəri müqabilində İrana ötürüləcək. /ANS TV/