İran Ermənistana nəql etdiyi qazın həcmini 6 dəfə artıra bilər
11 Aprel 2011 Bazar Ertəsi 14:58
Ötən il İranın Ermənistana nəql etdiyi qazın həcmi rekord həddə çatıb
İran Ermənistana nəql etdiyi qazın həcmini 6 dəfə artıra bilər. Bunu İranın dövlət qaz şirkətinin rəhbəri Cavad Ouci bildirib. Onun sözlərinə görə, ötən il İranın Ermənistana nəql etdiyi qazın həcmi rekord həddə çatıb: “İxrac edilən qazın həcmi 26 % artırılaraq 8.5 milyard kub metr təşkil edib”.

“MehrNews”un verdiyi məlumatda bildirilir ki, yeni qaz kəmərləri istifadəyə veriləndən sonra Türkmənistan qazının idxalı isə 45 % artacaq.

İranın dövlət qaz şirkətinə rəhbərlik edən Cavad Ouci məlumat verib ki, Pakistanla yenidən imzalanan müqaviləyə uyğun olaraq İran 2014-cü ilə kimi hər gün Pakistana 20 mln kub metrdən də artıq təbii qaz ixrac edəcək. Əlavə olaraq isə bildirib ki, yaxın vaxtlarda Bağdadda İran, İraq və Suriya arasında danışıqların üçtərəfli mərhələsi start götürəcək.



















DOSTLARINLA PAYLAŞ:

oyunlar