İran ərəblərin torpaq iddialarına cavab verdi
27 Mart 2014 Cümə Axşamı 12:50
İran Birləşmiş Ərəb Əmirliklərinin Fars körfəzindəki üç adaya olan iddialarını rədd edib.
İran Birləşmiş Ərəb Əmirliklərinin Fars körfəzindəki üç adaya olan iddialarını rədd edib. ANS PRESS-in məlumatına görə, İslam Respublikası XİN-in rəsmi nümayəndəsi Marzie Afxam bəyanatla çıxış edib.

XİN rəsmisi qeyd edib ki, bu üç ada mövcuddur və İranın tərkib hissəsi olaraq qalacaq:

"Adalara sahiblik İranın tarixi hüququdur. İran İslam Respublikasının və başqa ölkələrin arxivlərində saxlanılan saysız-hesabsız sənədlər buna əyani sübutdur. Bununla belə, yenidən BƏƏi öz iddialarını bildirir. Bu fikir ayrılıqlarına baxmayaraq Tehran müsəlman ölkələrlə əlaqələrin hərtərəfli inkişafına cəhd edir. İran hesab edir ki, qonşu ölkələr və ərəblər də daxil olmaqla region ölkələri dialoq və əməkdaşlıq yolu ilə problemləri həll etməlidir".

Qeyd edək ki, Abu-Musanın adaları, Böyük və Kiçik Tomb adaları Fars körfəzinin strateji əhəmiyyətli ərazilərində yerləşir. XIX əsrdə Böyük Britaniya tərəfindən tutulmuş adalar 1971-ci ildə rəsmən İrana verilib. O tarixdən bu yana iki dövlət arasında ərazi mübahisəsi davam edir.

Hazırda adalarda az sayda ərəb və iranlı balıqçılar yaşayırlar. Eyni zamanda adalarda İran Hərbi Dəniz Qüvvələrini bazası yerləşdirilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar