İran ən müasir silahı hazırladı
01 Mart 2010 Bazar Ertəsi 16:45
Yeni raketin üzərində veb-kamera quraşdırılıb
İranın təqribən 1 ton ağırlığında olan yeni raketi sınaqdan çıxaracağı ilə bağlı xəbərlər yayılıb. “Qasid-2” adlandırılan yeni uzaqmənzilli raket hədəfə dəqiq zərbə endirərək onu tamamilə məhv etmək gücündədir.

İran Hərbi Hava Qüvvələri Komandanı Həsən Şah Safi silahın yaxın zamanlarda sınaqdan keçiriləcəyini bildirib. Onun sözlərinə görə, "Ağıllı bomba" özünü idarə edən kompüter sistemlərindən yararlanır və onun istehsalında ən müasir texnologiyadan istifadə olunub. Raketin yerdən idarə olunmasında isə onun üzərində quraşdırılmış kameralardan alınan təsvirlərdən istifadə edilir. Bu silah düşmən ərazisində ən müasir və güclü müdafiə sistemləri ilə qorunub-mühafizə olunan hərbi, iqtisadi və strateji əhəmiyyətli obyektlərə zərbə vurmaq məqsədi ilə istehsal olunub.

Həsən Şah Safi oxşar xüsusiyyətlərə malik “Qasid-1” raketinin istehsalının davam etdirildiyini və hazırda ordunun təchizatında bu silahdan geniş istifadə edildiyini bildirib.

Sözügedən raketlər İran hərbi sənayesinin məhsuludur və raketlərin iranlı mütəxəssislər tərəfindən hazırlandığı söylənilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar