İran dinc nüvə proqramı hüququna malikdir
25 Sentyabr 2009 Cümə 02:50
İran dinc nüvə proqramı hüququna malikdir. Amma onun nüvə silahı yaratmaq hüququ yoxdur.
İran dinc nüvə proqramı hüququna malikdir, nüvə silahının yaradılması hüququna yox. Bunu Rusiya prezidenti Dmitri Medvedev Pittsburq Universitetinin tələbə və müəllimləri ilə görüşdə deyib. Onun sözlərinə görə, Kremlin İranın nüvə proqramı ilə bağlı mövqeyi digər ölkələrinkindən, o cümlədən ABŞ-ın mövqeyindən fərqlənmir: “Sanksiyalar İranla bağlı nəticəyə nail olmaq üçün yaxşı üsul deyil. Amma bütün imkanlar tükənibsə, beynəlxalq hüquq sanksiyalarını tətbiq etmək olar”.
Dmitri Medvedev deyib ki, bütün ölkələr İran üçün müsbət stimul yaradılmasını davam etdirməlidirlər: “Elə etmək lazımdır ki, İran nüvə energetikası sahəsində dinc tədqiqatlarla məşğul olsun. Eyni zamanda, onun bütün proqramları açıq olmalı, Yaxın Şərqi, eləcə də bütün dünyanı narahat ektməməlidir”.
Rusiya prezidenti xəbərdarlıq da edib: “Əgər bu alınmasa, o zaman başqa cür danışacağıq”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar