İran DİN rəhbəri Ermənistana gedəcək
05 Yanvar 2012 Cümə Axşamı 06:14
Səfərdə iki ölkə arasında mədəni, ticari və iqtisadi sahələrdə əməkdaşlıq məsələləri əsas müzakirə mövzusu olacaq.
Bu il yanvarın ortalarında İranın daxili işlər naziri (DİN) Mustafa Məhəmməd Nəccar Ermənistana səfər edəcək. Bunu İranın daxili işlər nazirinin beynəlxalq məsələlər üzrə müavini Mehdi Məhəmmədifərd bildirib. Onun sözlərinə görə, səfər çərçivəsində İran və Ermənistan arasında mədəni, ticari və iqtisadi sahələrdə əməkdaşlıq, sərhəddə müştərək yarmarkaların yaradılması, xüsusilə təhlükəsizlik məsələləri əsas müzakirə mövzusu olacaq.
DOSTLARINLA PAYLAŞ: