İran daha 6 pilotsuz təyyarə ələ keçirdiyini deyib
16 Dekabr 2011 Cümə 06:11
Qarşıdakı günlərdə bu təyyarələrə aid görüntülərin mətbuata və xarici ölkə səfirliklərinə göndəriləcəyi bildirilib.
Keçən həftə ABŞ-a aid “RQ-170 Sentinel” pilotsuz təyyarəni ələ keçirən və bunu dünya ictimaiyyətinə nümayiş etdirən İran rəsmiləri əllərində daha 6 belə təyyarə olduğunu deyib. Bunlardan 2-nin ABŞ, 4-nün isə İsrailə aid olduğunu yazan “Tehran Times” qəzeti qarşıdakı günlərdə bu təyyarələrə aid görüntüləri mətbuata və xarici ölkə səfirliklərinə göndəriləcəyini bildirib. Qəzetə açıqlama verən yüksək rütbəli ölkə rəsmisi təyyarələri İranın şərqində sərhəddi pozaraq ölkəyə girdiyi vaxt yaxaladıqlarını bildirib.

Xatırladaq ki, İran İnqlabı qvardiyaçılarının generalı Əmir Əli Hacızadə bu il iyunun 28-də ABŞ-a aid pilotsuz təyyarələrin vurulmas barədə mətbuata verdiyi açıqlamada rusların onlara məlumat verdiyini demişdi.



DOSTLARINLA PAYLAŞ:

oyunlar